Yuxarı

Sinirlioğlu Paşinyanla görüşdü: Bakını dəstəkləməsi çətindir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sinirlioğlu Paşinyanla görüşdü: Bakını dəstəkləməsi çətindir

ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. İki ay əvvəl Firudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü. İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyəti müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəyərkən, rəsmi Bakının belə bir istəyi yoxdur:

“ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in baş katibinin təcrübəli və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən türkiyəli diplomat olduğu nəzərə alınaraq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək. Orası da aydındır ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının “Minsk Qrupu ləğv olunmalıdır” yanaşmasını dəstəkləməsi çətindir. Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk Qrupunin de-yure də ləğvi ümumi işin xeyrinədir. Bu sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir”.

Tarix
2025.04.21 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla