Yuxarı

Medvedyevdən Trampa: Qələbə Günü bizim bayramımızdır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medvedyevdən Trampa: Qələbə Günü bizim bayramımızdır!

ABŞ Prezidenti Donald Trampın İkinci Dünya müharibəsində əsas qələbə payının ABŞ-a məxsus olduğu barədə bəyanatı pafoslu cəfəngiyyatdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.

“Tramp bir müddət əvvəl bəyan etdi ki, ABŞ İkinci Dünya müharibəsində əsas rolu oynayıb və o, 8 may tarixini bayram günü kimi təsis edəcək. Bayram pis deyil. Amma bu nəticə pafoslu cəfəngiyyatdır”, - deyə Medvedyev VKontakte sosial şəbəkəsində yazıb.

"Berlini kim aldı, düşməni dörd ildən çox müddətdə kim darmadağın etdi, nankor Avropanı kim azad etdi? Xalqımız lənətlənmiş faşizmi məhv etmək naminə 27 milyon oğul və qızının həyatını qurban verdi. Qələbə Günü bizim bayramımızdır və o, 9 maydır! Necə olubsa, elə də qalacaq", - o əlavə edib.

Xatırladaq ki, Tramp 11 noyabr və 8 may tarixlərini ABŞ-da Birinci və İkinci Dünya müharibələrində qələbə günləri elan edib. O bildirib ki, ABŞ İkinci Dünya müharibəsində digər ölkələrlə müqayisəedilməz dərəcədə böyük töhfə verib.

Tarix
2025.05.03 / 14:14
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla