Yuxarı

Embarqo zamanı gizli İran-Türkiyə razılaşması

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin iş yoldaşı Əsgər Fərdi İrana embarqo tətbiq olunan dövrdə ölkənin düşdüyü çətin vəziyyətdən danışıb.

Axar.az xəbər verir ki, sabiq diplomat Türkiyənin ABŞ-dan embarqoya göz yummasını xahiş etdiyini deyib. Bundan sonra rəsmi Vaşinqtonun razılığı ilə bəzi əməliyyatlar gerçəkləşib:

"Söhbət böyük rəqəmlərdən gedirdi. Qızıl və valyuta dolu TIR-lar yoxa çıxırdı. Əhmədinejadın məğlub olması və Ruhaninin prezident seçilməsi ilə yolun sonu göründü və bal ayı bitdi. O dövrdə həm İran nəfəs aldı, həm də Türkiyə qazandı. Bunlar ABŞ-ın razılığı ilə oldu. İran xarici bankları satın alırdı. Rza Zərrabın ifşa olunması ilə hər şey puç oldu".

Türkiyəni tənqid edən sabiq diplomat sona qədər dəstək görmədiklərini deyib:

"İranın ana südü kimi halal pulunu Türkiyəyə daxil etdilər. Türkiyə bankları isə milyonlar qazanırdı. Yəni pul Türkiyə iqtisadiyyatının damarlarına ineksiya edilmişdi. İndi burada günahkar varsa, bu, İran deyil.

Türkiyə İslam dünyası liderliyini yerinə yetirmək üçün xeyli pul xərcləməli, Yaxın Şərqdə boy göstərməli idi. Rəsmi Ankara saray tikərək, Sultan Səlim körpüsü inşa edərək və pilotsuz təyyarələrinin adını "Çaldıran" qoyaraq meydan oxuyurdu".

Tarix
2016.06.11 / 09:16
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla