Yuxarı

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.

Axar.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər Abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramını ifadə edib.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Tarix
2025.05.13 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla