Yuxarı

3 il sonra yenidən İstanbulda: Ukrayna üçün mühüm görüş...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 il sonra yenidən İstanbulda: Ukrayna üçün mühüm görüş...

Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə bu gün İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların keçiriləcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu görüş, Rusiya və Ukrayna nümayəndə heyətlərinin 2022-ci ilin martından bəri ilk birbaşa təması ola bilər. Həmin vaxt Moskva və Kiyev nümayəndələri İstanbul boğazı sahilində yerləşən Dolmabaxça sarayında danışıqlar aparıblar.

Qeyd edilir ki, Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin 2022-ci ildə olduğu kimi, nümayəndə heyətinə müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olacaq. Xarici İşlər Nazirliyindən isə danışıqlar qrupunda MDB məkanına cavabdeh nazir müavini Mixail Qaluzin yer alacaq. Üç il əvvəl nümayəndə heyətində Rusiya XİN-dən hazırda da nazir müavini vəzifəsini tutan, lakin artıq başqa bölgəyə cavabdeh olan Andrey Rudenko iştirak etmişdi. Nümayəndə heyətinə həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxildir.

Türkiyə danışıqlara ev sahibliyi edəcək, burada ABŞ-ın yüksəkvəzifəli nümayəndələri də iştirak edəcəklər. ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Dövlət katibi Marko Rubio və digər Amerika rəsmiləri planlaşdırılan Ukrayna danışıqları üçün Türkiyəyə yola düşəcəklər. Bundan əlavə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da İstanbulda olacaq. Tramp danışıqlar üçün faydalı olacağı təqdirdə, özü də İstanbula uça biləcəyini istisna etməmişdi.

Tarix
2025.05.15 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla