Yuxarı

Putin 100 metr uğrunda minlərlə əsgəri qurban verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin 100 metr uğrunda minlərlə əsgəri qurban verir

Rusiya tərəfi heç vaxt müharibəni bitirmək istədiyini deməyib. Buna görə də ukraynalıların əksəriyyəti belə bir perspektivə inanmır.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşrinin müəllifi Enn Epplebaum yazıb.

“Lvovda keçirdiyim bir neçə gün ərzində elə bir adama rast gəlmədim ki, o, Rusiya prezidentinin müharibəni bitirmək istədiyinə və ya bu məqsədlə İstanbulda danışıqlar aparacağına inansın”, - o bildirib.

Epplebaum qeyd edib ki, İstanbulda keçirilən görüş zamanı Rusiya tərəfi Ukraynaya hədə-qorxu gəlib və nümayəndə heyətinin üzvlərini təhqir edib. Lakin bu, Ukrayna tərəfini təəccübləndirməyib, çünki onlar artıq üç ildir belə ritorikanı eşidirlər:

“Onları təəccübləndirən ABŞ prezidentinin açıq-aşkar istehza kimi görünən vəziyyətə göstərdiyi dözümlülükdür. Prezident Donald Tramp sülh danışıqları istədiyini deyir. Ukrayna Prezidenti Vladimir Zelenski də sülh danışıqları üçün hazırlaşıb. Rusiya prezidenti isə bu prosesi farsaya çevirib və çox güman ki, bunu davam etdirəcək.

Bütün bunların fonunda Rusiya öz iqtisadiyyatını hərbi rejimə yönəldib. Putin Ukraynada cəmi 100 metr torpaq uğrunda yüzlərlə, bəzən isə minlərlə insanı qurban verir.

Bunu nəzərə alaraq, ukraynalılar hesab edirlər ki, müharibə davam edəcək və artıq bu perspektiv onları qorxutmur. Bundan əlavə, ukraynalılar əmindirlər ki, əvvəlki səviyyədə ABŞ dəstəyi olmasa belə, döyüşməyə davam edə biləcəklər. Ukrayna ordusu hazırda 2022-ci ilin payızında olduğu kimi əraziləri geri almaq iqtidarında deyil və böyük bir əks-hücum planlaşdırmır. Amma eyni zamanda, uduzmaq fikrində də deyil”.

Tarix
2025.05.20 / 09:12
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-nin bayrağı kosmosa göndəriləcək

26 il Rusiya üçün Qarabağda status-kvonu saxladıq

Qəbələdə Zirvə Görüşü: Prezident çıxış etdi - Foto

TDT-nin Qəbələ Bəyannaməsi qəbul edildi

Azərbaycanla bağlı bu paylaşımlar yalandır! – Türkiyə

Şimali Kipr Türk dünyasının ayrılmaz hissəsidir

Qəbələdə qardaşlıq ortamı... - Foto

Bu gün burada Avropada olmayan dəyərləri gördüm

Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi - Video

Ərdoğandan Qəbələdə türk ölkələri ilə bağlı təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla