Yuxarı

Kiyev "son fürsəti qaçırdı" - Putin nəyə hazırlaşır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyev "son fürsəti qaçırdı" - Putin nəyə hazırlaşır?

“Moskov Tayms” yazır ki, Kreml Zelenskini legitim lider saymır və Ukraynada seçki keçirilməsini tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

“İddiaya görə, Putin “Ukraynanın təslim olması zəruridir” fikrində israr edir və Trampı bu mövqeyə razı salmaq üçün diplomatik prosesi uzadır. Kreml yalnız seçkilərdən sonra formalaşacaq yeni rəhbərliklə masa arxasına oturmağa hazır olduğunu bəyan edib”, - Öztürk bildirib.

Ekspert qeyd edib ki, Vladimir Putin Ukraynada seçki keçirilənədək Zelenski deyil, yalnız Donald Trampla danışmağa hazırdır:

“Kremlə yaxın mənbələr Putin tərəfindən Zelenskinin artıq “yox hökmündə” sayıldığını bildirir. Rus siyasətçi Aleksandr Qabuyevinin fikrincə, Putin ya Trampı Rusiya şərtlərini qəbul etməyə, ya da ABŞ-ın gündəmindən Ukraynanı çıxarmağa çalışır.

Kremlə yaxın “Avrasiya Deyli” yazıb ki, Putin İstanbul görüşündən sonra Ukraynanın "son fürsəti qaçırdığını” deyib. İddialara görə, Putin artıq yeni və daha ağır silah sistemlərini istifadəyə verməyə hazırlaşır”.

Tarix
2025.05.25 / 09:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla