Yuxarı

Tarixi dönüş: Bu, Pyorl-Harbora hücumun eynisidir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna oyun qaydalarını yenidən yazdı. Rusiyadakı hava bazalarına hücum 1941-ci ildə Pyorl-Harbora edilən hücumla müqayisə edilə biləcək tarixi dönüş nöqtəsidir.

Axar.az xəbər verir ki, bunu “Vaşinqton Post”un şərhçisi Maks But yazıb.

Onun sözlərinə görə, Pyorl-Harbora hücum dəniz müharibəsində dominant qüvvə kimi aviadaşıyıcılarını yüksəlişini göstərdi. Ukrayna PUA-larının rus təyyarələrinə hücumu da bütün dünyada hava bazalarının zəifliyini üzə çıxardı:

“Bənzətmə məntiqlidir, çünki hər iki hücum dominant silah sistemlərinin dövrünün keçdiyini göstərir: 1941-ci ildə döyüş gəmiləri, bu gün isə pilotlu təyyarələr. İnşası bir neçə 10 min dollara başa gələn Ukrayna PUA-ları Rusiyanın ən müasir təyyarələrinə 2 milyard dollar ziyan vurdu”.

But bildirib ki, eyni zamanda, ukraynalılar dünyada hər bir generalı gecələr yatmağa qoymayan kritik həssaslıq nümayiş etdirdilər:

“Əgər ukraynalılar Rusiya kimi hərbiləşdirilmiş bir dövlətdə böyük hava bazalarına bu qədər yaxın PUA-lar yerləşdirə bilirlərsə, çinlilərin ABŞ hava bazalarına eyni şeyi etməsinə nə mane ola bilər? Və yaxud pakistanlıların Hindistanın hava bazalarına, şimali koreyalılar Cənubi Koreyanın hava bazalarına. Nəticədə, öz hava bazalarını elektrikləşdirilmiş hasarlar və mühafizə postları ilə təmin etdiklərini düşünən hərbçilər indi ucuz, hər yerdə mövcud ola bilən PUA-ların təhlükəsini nəzərə almalıdırlar. Bu da əks-dron sistemlərinə böyük investisiyalar tələb edəcək. Adi insanlı silah sistemlərinə xərclənən pullar getdikcə 1930-cu illərdə süvarilərə xərclənən xərclər kimi boşa çıxır”.

Analitik qeyd edib ki, Pyorl-Harbora hücum ABŞ hərbçilərinə həlledici zərbə olmadığı kimi “Hörümçək toru” əməliyyatı da Rusiya ordusuna həlledici zərbə deyil:

“Lakin bazar günü baş verən hücum bir daha göstərir ki, ukraynalılar Rusiyanın genişmiqyaslı işğalına başlamazdan əvvəl gözlədiyindən qat-qat möhkəm və adaptasiya ola bilən döyüşçülər olduqlarını sübut edirlər.

Təbii ki, ruslar İranın köməyi ilə öz pilotsuz təyyarələrini yaradırlar. Lakin bazar günü əməliyyatı bir daha göstərdi ki, onlar PUA yarışında ukraynalılardan bir-iki addım geri qalırlar. Eyni zamanda, Ukraynanın bazar günü hücumu da nüvə sabitliyinə xələl gətirə bilər. Çünki Ukraynaya qarşı adi qanadlı raketlər buraxan eyni bombardmançı təyyarələr də nüvə silahı buraxmaq üçün nəzərdə tutulub”.

Tarix
2025.06.02 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla