Bir neçə gündür sosial şəbəkələrin Türkiyə seqmentində videoları ilə gündəm olan və demək olar, bütün ölkənin axtardığı hindistanlı mühacir bloger Malik Svaşbakler yeni görüntülər yayımlayıb.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Svaşbakler Türkiyədə yaşadığı 1 il ərzində qızları videoya çəkib onları hind dilində təhqir edib.
O, hətta türk qızları cinsi istismar etmək istədiyini söyləyib. Lakin görüntülərdəki qızlar Malikin dediklərini anlamayıblar. Bloger görüntüləri öz sosial şəbəkə hesablarında yerləşdirdikdən sonra videolar Türkiyə seqmentində də yayılmağa başlayıb. Beləliklə, onun əslində nələr dediyi ortaya çıxıb. Sözügedən görüntülər Türkiyə ictimaiyyətində rezonans doğurub və sürətlə yayılıb. Bir çoxu blogeri axtarmağa başlayıb.
Daha sonra Malikin Türkiyə polisi tərəfindən saxlanıldığı iddia edilsə də, məlumat təsdiqini tapmayıb. Sözügedən şəxs iyunun 2-də yeni bir video paylaşaraq, etdikləri üçün Türkiyə xalqı və Prezident Rəcəb Tayyib Ərdoğandan üzr istədiyini bildirib. Bu videoları isə sadəcə gülmək məqsədilə çəkdiyini deyib.