Yuxarı

Bundestaqın üzvü müsəlmanları təhqir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bundestaqın üzvü müsəlmanları təhqir etdi

Almaniya üçün Alternativ Partiyasının üzvü Nikol Höhst rəsmi X səhifəsində müsəlmanlar haqqında təhqiramiz yazı dərc etdikdən sonra böyük qalmaqalla üzləşib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Məlumata görə, onun paylaşımında peyin çəlləyinin yanında dayanan ərəb geyimində olan iki kişi təsvir olunub və “Nə yeyirsinizsə, o, donuz nəcisi ilə mayalanmışdır” yazısı əlavə edilib. Həmçinin yazıda deputatın üzv olduğu partiyanın loqosu və özünün şəkli əks olunub. Paylaşım siyasi dairələrdə kəskin reaksiya doğurub, hətta deputatın üzv olduğu partiya belə bunu qəbuledilməz adlandırıb.

Partiyanın parlament fraksiyasının nümayəndəsi bildirib ki, post tamamilə qəbuledilməzdir: “Fraksiya sədrlərinin tələbi ilə post silinib”.

Qeyd edək ki, Höhst Almaniya üçün Alternativ Partiyasının kilsə işləri üzrə sözçüsü kimi də fəaliyyət göstərir.

Tarix
2025.06.04 / 14:43
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla