Yuxarı

Rusiya təyyarələrini şinlərlə qorumaq... - Ekspert istehza etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya təyyarələrini şinlərlə qorumaq... - Ekspert istehza etdi

Rusiyanın öz aviasiyasını Ukrayna dronlarından qorumasının yeganə yolu hər bir təyyarə üçün anqar inşa etməkdir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Pavel Naroşnıy Radio NV-nin efirində deyib.

“Amma məsələ bu anqarların tikilməsindədir. Bu təyyarələr çox böyükdür. Aerodromda onlarla belə təyyarə var. Bunu reallaşdırmaq demək olar ki, mümkünsüzdür. Onlar bunu taktiki aviasiya üçün belə tam şəkildə həyata keçirə bilmirlər. Məsələn, elə “Millerovo”da da vəziyyət belədir – orada sadəcə təyyarələri havaya qaldırırlar. Onları anqarda gizlətmək isə mümkün olmur”, – deyə Naroşnıy bildirib.

O, həmçinin Rusiyanın aviasiyasını avtomobil şinləri ilə qorumağa cəhd etməsindən də danışıb. Onun sözlərinə görə, bu cür yanaşma Rusiya təyyarələrini Ukrayna dronlarından xilas edə bilməz:

“Hətta kumulyativ sursatla təchiz edilmiş dron olsa belə, ehtimal azdır ki, bu şinlər onu yayındıra bilsin. Bəlkə uzaq məsafədən atılsa, nisbətən qoruyucu təsiri olsun. Amma bu cür dronlar adətən qəlpələrlə doldurulur və bu şinlər onlardan qorumur. Bütün sahəni örtmək lazımdır. Ancaq qəlpələr bu şinləri dəlib keçəcək və təyyarəyə dəyəcək. Bu, yerli bir zabitin gülünc ideyasıdır. Fikirləşib ki, belə bir işi həyata keçirmək olar”.

Tarix
2025.06.05 / 14:20
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla