Yuxarı

CAR-da şiddətli soyuqlardan 49 nəfər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında (CAR) son iki gündə əlverişsiz hava şəraiti səbəbindən 49 nəfər ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin ən çox zərər çəkmiş Şərqi Keyp əyalətinin rəhbəri Lubabalo Oskar Mabuyane bildirib.

“İyunun 11-i günorta saatlarına olan məlumata görə, Şərqi Keyp əyalətində ölənlərin sayı 49 nəfər olub”, - o, mətbuat konfransında bildirib.

Lubabalo Oskar Mabuyanenin sözlərinə görə, ən çox qurbanlar OR Tambo bələdiyyə dairəsidir:

“Onların arasında körpüdən çaya düşən məktəb avtobusundan 4 şagird də olub. Daha dörd şagirdin axtarışları davam edir; onlar itkin düşmüş hesab olunurlar”.

Mabuyane qeyd edib ki, ölümün əsas səbəbləri güclü yağışların yaratdığı torpaq sürüşmələri, eləcə də yollarda qar örtüyü olub. Ölkənin bir sıra magistral yolları qar uçqunu səbəbindən bağlanıb. Cənubi Afrika Respublikasının ən çox zərər çəkən əraziləri cənub və şərq bölgələridir.

Bundan əvvəl CAR-ın Şərqi Keyp əyalətində güclü daşqınlar nəticəsində 7 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilib.

Xatırladaq ki, Cənubi Afrika Respublikasına soyuq hava kütlələri iyunun 9-da daxil olub. Bəzi ərazilərdə gecə temperaturu sıfırdan aşağı düşüb. Sinoptiklər xəbərdarlıq edir ki, CAR-a gələn qış cari onilliyin ən sərt mövsümlərindən biri ola bilər.

Tarix
2025.06.12 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla