Yuxarı

KAB-lar istehkamları dağıdır, vəziyyət yaxşı deyil...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
KAB-lar istehkamları dağıdır, vəziyyət yaxşı deyil...

Rus qoşunları Dnepropetrovsk vilayətinin inzibati sərhədi yaxınlığında üstünlük təşkil edir – Rusiya KAB-ları (idarə olunan aviabombalar) istehkamları dağıdır.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi müşahidəçi Boqdan Miroşnikov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə nəzarət hər iki tərəf üçün qeyri-sabitdir və düşmən dəfələrlə bölgənin inzibati sərhədinə yaxınlaşıb:

“Birincisi, istər bizim tərəfdən, istərsə də düşmən tərəfdən orada nəzarət sabit deyil. Bu səbəbdən düşmən sərhədə qədər gəlməyə, hətta Dnepropetrovsk vilayətinin inzibati sərhədindən içəri keçməyə də imkan tapır. Əslində bu artıq baş verib və dövri olaraq hələ də baş verir. İkincisi – orada qüvvə və vasitələrin nisbəti ən yaxşı halda bizim xeyrimizə deyil - 1-ə 9-dur”.

O qeyd edib ki, belə şəraitdə ruslar hansı istehkamlar olursa-olsun, irəliləməyə davam edəcək.

Bundan əlavə, ekspert bildirib ki, Rusiya idarə olunan aviabombaları Ukrayna istehkamlarını tez bir zamanda dağıdır, bu da müdafiə xətlərinin effektivliyini azaldır.

Tarix
2025.06.12 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla