Yuxarı

MOSSAD İranda baza yaradıb, hücuma başladı - İnanılmaz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MOSSAD İranda baza yaradıb, hücuma başladı - İnanılmaz

MOSSAD İranın mərkəzində üç gizli əməliyyat həyata keçirib və bu ölkə ərazisində kamikadze PUA-larından ibarət baza yaradıb.

Axar.az xəbər verir ki, məlumatı İsrail mediası yazıb.

Qeyd olunub ki, İranın mərkəzi hissəsində MOSSAD komandos qrupları yüksək dəqiqlikli silah sistemlərini İranın zenit-raket (hava hücumundan müdafiə) komplekslərinin yaxınlığındakı açıq ərazilərdə yerləşdiriblər. İsrailin hücumu zamanı bu sistemlər Hərbi Hava Qüvvələrinin İrana ümumi zərbələri ilə koordinasiyalı şəkildə işə salınıb və yüksək dəqiqliklə raketlər buraxılıb.

“İkinci əməliyyatda İsrail qırıcılarına təhlükə yaradan İranın hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün MOSSAD mürəkkəb zərbə sistemlərini nəqliyyat vasitələrində gizli şəkildə yerləşdirib. Qəfil hücumun əvvəlində bu silahlar işə salınaraq hədəflənmiş İran müdafiə sistemlərini tamamilə məhv edib.

Üçüncü əməliyyat çərçivəsində MOSSAD əvvəlcədən İran ərazisinə yeridilmiş partlayıcı dronlardan ibarət şəbəkə yaradıb. İsrailin hücumu zamanı həmin dronlar aktivləşdirilərək Tehranın yaxınlığındakı Əsfəkabad bazasında yerləşən “yer-yer” tipli raket buraxılış qurğularına zərbə endirib. Bu qurğular İsrailin strateji obyektləri və mülki əhalisi üçün təhlükə hesab olunurdu”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Tarix
2025.06.13 / 11:57
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla