Yuxarı

Ərdoğan Paşinyandan bunu tələb edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Paşinyandan bunu tələb edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə sərhədin açılmasına ümid edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları yazıb.

Qeyd olunub ki, yayılan məlumatlara görə, iyunun 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Paşinyan bu görüşdə Ermənistan-Türkiyə sərhədinin açılması məsələsini yenidən gündəmə gətirməyi planlaşdırır.

“Ermənistan tərəfi hesab edir ki, xarici siyasətdə atılan addımlar, xüsusilə də Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması ölkədə Ermənistan Apostol Kilsəsi ilə bağlı yaranmış narazılığı azalda bilər. Görüşdə Ərdoğan da yeni bir məsələni gündəmə gətirəcək. Əgər əvvəllər o, əsasən Ermənistanla Azərbaycan arasında sülh sazişinə diqqət yetirirdisə, bu dəfə Metsamor AES-in bağlanması ilə bağlı rəsmi tələb irəli sürüb. Türkiyə bu stansiyanı ətraf mühit üçün təhlükə hesab edir”, - məlumatda qeyd olunub.

Tarix
2025.06.14 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla