Yuxarı

Çinin İranla bağlı planı: Tehrana belə dəstək veriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin İsrailin İrana qarşı hava zərbələrini sərt şəkildə tənqid edib. Çin xarici işlər naziri Van Yi İranın nüvə obyektlərinə hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Van Yi iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığı zamanı İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu vurğulayıb. Çinin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəklədiyini söyləyən Van Yi İsrailin iranlı yüksək rütbəli məmurların qətlə yetirilməsini qınadığını diqqətə çatdırıb.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Pekin Ermənistan və Rusiya kimi, İsraillə müharibədə İranın zəif duruma düşməsini, bu ölkədə rejim dəyişikliyi istəmir. Çünki İrəvan və Moskva kimi, Pekindəki siyasilər də düşünürlər ki, İsrail ABŞ-la birgə İranda maraqlarına uyğun şəkildə rejim formalaşdırmağa çalışacaqlar.

Buna baxmayaraq, Çin İrana birbaşa hərbi dəstək verməyəcək. Pekin eyni zamanda İsraillə mübarizədə əlindəki imkanlar daxilində kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər. Digər tərəfdən, Pekin İrandakı rejimin ayaqda durması üçün beynəlxalq müstəvidə bu ölkəyə diplomatik dəstəyini artıracaq. Bütün hallarda Pekin İsrail və ABŞ-ın qələbə çalmasını müxtəlif yollarla əngəlləməyə çalışacaq.

Rusiya İranla strateji tərəfdaş olsa və bu ilin əvvəlində Moskva ilə Tehran arasında müvafiq saziş imzalansa da, Kreml qonşusuna əməli dəstək verə bilməyəcək. Rusiya bütün enerjisini Ukrayna ilə müharibəyə yönəldib, Kremlin yeni cəbhədə ABŞ-İsrail ittifaqı ilə mübarizə aparmağa nə potensialı, nə də istəyi var. Ona görə də Tehranın Pekindən daha çox gözləntisi var. Tehranda hesab edirlər ki, Çin İrandakı yatırımlarını qorumalıdır. Həqiqətən Çin son illərdə İran iqtisadiyyatına milyardlarla dollar yatırım qoyub. Ancaq Çinin bu yatırımlarını qorumaq imkanı yoxdur. İsrail Çinin yatırım qoyduğu müəssisələrə də zərbələr endirməyə başlayacaq. Məqsəd İran iqtisadiyyatının gəlir gətirən sahələrini dağıtmaqdır.

Bu arada, Çin İranın neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində də qalacaq”, - politoloq bildirib.

Tarix
2025.06.15 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ çağırış etdi: İranı Azərbaycan vasitəsilə tərk edin!

İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari

Bütün azərbaycanlı qardaşlarıma... - Ərdoğan

Türkiyə MN Azərbaycanı təbrik etdi

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi

ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!

Mürəkkəb geosiyasi hadisələr baş verir: milli, regional və…

İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət etdi

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla