Yuxarı

İrana zərbələrin 3-cü hədəfi başladı: elə obyektlər vurulur ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana zərbələrin 3-cü hədəfi başladı: elə obyektlər vurulur ki...

Son saatlar ərzində İsrailin İrana zərbələri kəskin intensivləşib və zərbələrin hədəfləri xüsusi diqqət cəlb edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov bildirib.

Onun sözlərinə görə, vurulan obyektlərin siyahısı prosesin hansı istiqamətdə inkişaf edəcəyini göstərir:

“Vurulan obyektlər isə bunlardır:

1. “Seyyid əş-Şühəda” qərargahı.

Tehranın cənubunda yerləşən Şəhri-Rəyi qəsəbəsində SEPAH-ın regional bölməsidir. Bu bölmə Tehranın cənub bölgəsinə nəzarət, “Bəsic”in səfərbər edilməsi, iğtişaşların yatırılması, strateji və dini obyektlərin mühafizəsi, rejimə müxalif etirazçılara qarşı repressiyalarla məşğul olurdu.

2. “Sərəllah” qərargahı.

Bu qərargah etirazların yatırılması üçün SEPAH-ın əsas əməliyyat mərkəzlərindən biridir. Tehranın mərkəzində yerləşir. Paytaxtın təhlükəsizliyinə cavabdehdir, “Bəsic”, polis və xüsusi xidmət orqanları arasında əlaqələndirməni həyata keçirir. Bir növ güc qurumları arasında regional mərkəzdir.

Məhz “Sərəllah” 2009, 2017-2018, 2019 və 2022-ci illərdə baş verən kütləvi etirazlara qarşı əsas əməliyyatlara rəhbərlik edirdi.

3. NAJA Kəşfiyyat Təhlükəsizlik İdarəsi.

Bu idarə daxili əks-kəşfiyyat, polis daxilində loyal olmayan elementlərin müəyyənləşdirilməsi, zabitlərin izlənməsilə məşğuldur.

NAJA İranın Kəşfiyyat Nazirliyinə və qismən SEPAH-a tabedir.

4. “Bəsic”.

“Bəsic” SEPAH-ın tərkibində könüllü xalq milisi qüvvələridir. Vurulun idarə Tehranın qərbində yerləşən Kərəc şəhərində idi. Bu idarə etirazlar zamanı kütləvi səfərbərlik üçün istifadə olunur, tez-tez etirazçıların fiziki güclə dağıdılması əməliyyatlarında iştirak edir.

Vurulan zərbələr qeyd olunanlardan qat-qat çoxdur.

Nəticə etibarı ilə İsrail İran rejiminin repressiv aparatını sıradan çıxarmağa davam edir, ancaq bu gün fərqli mənbələrə görə 500-dən 1000-ə qədər güc strukturları əməkdaşı öldürülüb. Güc strukturları molla rejiminin onurğa sütunudur və onlar çökəndən sonra rejimin devrilməsi an məsələsidir...

İsrail rejimin məhz devrilməsi məqsədini qarşıya qoyub və bu zərbələr endirilən hədəflərdən görünür”.

Qeyd edək ki, İsrailin İrana zərbələrdə “3-cü hədəf” kimi rejimin dəyişdirilməsi göstərilmişdi. İlk iki hədəf isə nüvə obyektləri və raket bazalarıdır.

Tarix
2025.06.24 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla