Yuxarı

Tramp Putinə təriflər yağdırdı: Açıq deyə bilərəm ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Putinə təriflər yağdırdı: Açıq deyə bilərəm ki...

O, bəzi xoş açıqlamalar verdi. Çox xoş açıqlamalar. Vladimir Putin çox xoş sözlər söylədi.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin ötən gün jurnalistlərlə söhbətində Moskva ilə Vaşinqton arasındakı münasibətlərlə bağlı verdiyi açıqlamanı şərh edərkən deyib.

“O, ölkəmizə yenidən hörmət edir. Sizə indi açıq şəkildə deyə bilərəm ki, o, bir il əvvəl – əvvəlki ABŞ prezidenti Co Bayden dövründə ölkəmizə hörmət etmirdi. Amma indi Putin ölkəmizə hörmət edir. Çin Sədri Si Szinpin də ölkəmizə hörmət edir. Şimali Koreya lideri Kim Çen İn də ölkəmizə hörmət edir. Onlar ölkəmizə yenidən hörmət edirlər”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, cəmi bir il əvvəl ABŞ-ın dünya arenasında hörməti yox idi:

“ABŞ-ın səriştəsiz bir prezidenti var idi və onun ətrafında pis insanlar toplanmışdı, onların da pis niyyətləri var idi. Dünya ölkəmizə yenidən hörmət edir”.

Qeyd edək ki, ötən gün Putin Rusiya ilə ABŞ arasında münasibətlərin Trampın sayəsində düzəlməyə başladığını, onun Ukraynadakı münaqişənin həllinə kömək etmək səylərinin səmimi olduğunu və Amerika liderinə böyük hörmət bəslədiyini və onu cəsarətli, mərd insan hesab etdiyini bildirib.

Tarix
2025.06.28 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla