Yuxarı

İsrail-İran gərginliyinin ərəb ölkələrinə ziyanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail-İran gərginliyinin ərəb ölkələrinə ziyanı

İsrail və İran arasındakı münaqişə Fars körfəzi ölkələrində iqtisadi tarazlığı pozub.

Axar.az xəbər verir ki, bunu beynəlxalq enerji eksperti Məmduh Salami bildirib.

“Bu hücumlar fonunda neftin qiymətindəki müvəqqəti artım Körfəz ölkələrinə qısamüddətli qazanc gətirsə də, atəşkəsdən sonra gəlirlər yenidən azalmağa başlayıb. Bu ölkələrin büdcələri əsasən “Brent” markalı neftin 85–95 dollar arası qiymətinə əsaslanır. Lakin hazırkı qiymətlər bu səviyyədən aşağıdır və xüsusilə Səudiyyə Ərəbistanı kimi ölkələr xərclərini qarşılamaqda çətinlik çəkir”, - ekspert bildirib.

Salami Körfəz ölkələrinin neft ixracatında Çin bazarına ciddi şəkildə bağlı olduğunu və Hörmüz boğazından asılılığın onillərlə, hətta daimi olaraq davam edəcəyini qeyd edib:

“Səudiyyə Ərəbistanının Yənbu limanına, BƏƏ-nin isə Füceyrəyə alternativ boru xətləri olsa da, bu imkanlar Hörmüz boğazının bağlanması halında tam yetərli deyil”.

"VT Markets"in baş iqtisadçısı Nayil Cevabirə isə qeyd edib ki, İsrail-İran müharibəsi Körfəz regionunun, xüsusilə də maliyyə bazarlarının sabitliyinə ciddi təsir göstərib:

“Hörmüz boğazı bağlansa, İran, Küveyt, İraq və Qətər kimi ölkələr neft ixracında ən çox zərər görənlər olacaq”.

Tarix
2025.06.29 / 09:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla