Yuxarı

Tramp Ukraynanı niyə arxa plana atır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Ukraynanı niyə arxa plana atır?

ABŞ-ın Ukraynaya yardımı dayandırması Respublikaçılar Partiyası daxilində siyasi balans yaratmaq cəhdidir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin eksperti Ceyson Uillik yazıb.

Onun sözlərinə görə, ABŞ bütün qlobal öhdəliklərini yerinə yetirə bilmir və Prezident Donald Tramp da məhz bu reallıqdan çıxış edərək siyasi qərarlar qəbul edir.

Uillik qeyd edir ki, bu həftə Tramp ABŞ-ın digər müttəfiqi – Rusiyanın işğalına qarşı mübarizə aparmaqda davam edən Ukraynaya əsas silahların tədarükünü dondurmaqla “şahinləri” məyus edib:

“İlk baxışdan bu iki qərar bir-birinə zidd görünür. Əslində isə bunlar eyni medalın iki üzüdür. ABŞ xarici siyasətinin əsas problemi bu gün ondadır ki, ölkənin dünya üzrə müdafiə öhdəlikləri ordunun real imkanlarını üstələyir. Tramp üçün İsrailə tam dəstək verib, eyni zamanda Ukraynaya yardımı zəiflətmək – sərt, lakin məntiqli siyasi və strateji qərardır”.

O hesab edir ki, Yaxın Şərqdəki münaqişə olmasa belə, Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilərdi. Çünki “Patriot” raketlərinə Yaxın Şərqdə də ciddi ehtiyac var.

Tarix
2025.07.05 / 09:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla