Yuxarı

Suriya kəşfiyyatında yeni güc: Əhməd Dalati kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya kəşfiyyatında yeni güc: Əhməd Dalati kimdir?

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya siyasi səhnəsində ön plana çıxan şəxslərdən biri keçmiş “Əhrar əş-Şam” komandiri Əhməd əd-Dalatidir.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

O bildirib ki, “Əbu Məhəmməd əş-Şami” ləqəbi ilə tanınan Dalati hazırda həm yeni hökumətin, həm də Qərb kəşfiyyat orqanlarının yaxından izlədiyi və əlaqə saxladığı əsas fiqurlar arasında yer alır:

“Fransanın “Intelligence Online” nəşrinin məlumatına görə, o, ABŞ sanksiyalarının qaldırılması prosesində də gizli vasitəçi kimi çıxış edib. Dalati mart ayında Dürzi və qəbilə əhalisinin çoxluq təşkil etdiyi Kuneytra vilayətinə qubernator təyin edilib. Az sonra isə qonşu Süveyda bölgəsində təhlükəsizliyə cavabdeh şəxs olub.

Güney Suriyada İsraillə artan gərginliyi azaltmaq üçün israilli hərbi və kəşfiyyat komandirləri ilə təmaslarda olan Dalati, eyni zamanda, Əhməd əş-Şaranın ən çox güvəndiyi şəxs hesab edilir.

Qeyd edək ki, o, 2015-ci ildə İdlibin Əsəd rejimindən alınmasından sonra ABŞ və Fransa kəşfiyyat orqanları tərəfindən “Əsəd sonrası potensial lider” kimi qiymətləndirilib. Dalati 2024-cü ildə Əsəd rejiminin süqutu ilə nəticələnən əməliyyatların əsas planlayıcısı olub və Hələb, Həma, Xüms və Dəməşqdə eyni vaxtda keçirilən hücumların koordinasiyasını həyata keçirib.

Tarix
2025.07.06 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla