Yuxarı

Çin Ukraynada müharibə istəyir – 3 səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Ukraynada müharibə istəyir – 3 səbəb

Çinin xarici işlər naziri Van Yinin AB-nin baş diplomatı Kaya Kallas ilə söhbətində "Pekin Rusiyanın Ukraynaya qarşı müharibədə uduzmasına imkan verə bilməz" cümləsini işlətdiyi bildirilir. Bu xəbər çətin ki, kimisə təəccübləndirsin, amma Ukraynada müharibənin davam etməsinin Çin üçün niyə bu qədər vacib olduğunu ətraflı anlamağa çalışan az adam var. Rusiya-Ukrayna müharibəsinə yaxından diqqət yetirən Avstraliya ordusunun istefada olan generalı və hərbi analitik Mik Rayan Pekinin Ukraynanın əzablarından faydalanmasının ən azı üç əsas səbəbini sadalayıb.

Axar.az xəbər verir ki, bu barədə "Substack" platforması məlumat yayıb.

"Çində müharibənin tərəfi olmadıqlarını və sülh danışıqlarına can atdıqlarını iddia etmələrinə baxmayaraq, Van Yi Çinin əslində müharibəyə strateji baxışını təsdiqləyib.

Onların hesablaması belədir: Ukraynada müharibənin davam etdirilməsi Çin üçün sərfəlidir.

Birinci səbəb Çinin strateji maraqlarıdır: Ukraynadakı müharibə ABŞ rəhbərliyinin diqqətinin əhəmiyyətli bir hissəsini özünə cəlb edir.

İkinci səbəb iqtisadi səmərədir: Putinin Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Çinin Rusiya ilə ticarəti xeyli artıb.

Üçüncü səbəb ideoloji üstünlükdür: Pekinin nöqteyi-nəzərindən Rusiyanın Ukraynadakı müharibəsi Çin, Rusiya və İran kimi ölkələrin Qərbin hökmranlığına qarşı apardığı daha geniş qarşıdurmanın bir hissəsidir", - Rayan bildirib.

Tarix
2025.07.07 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla