Yuxarı

Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir

Rusiya aktivlərinin dondurulmuş hissəsinin Ukraynanın iqtisadiyyatı və müdafiəsini gücləndirmək üçün istifadəsi həm qanuni, həm də zəruri addımdır. Bununla belə, Avropa bu aktivlərin müsadirəsi üçün dərhal hərəkətə keçməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sədri Frenç Hill “Faynənşl Tayms” üçün yazdığı məqaləsində bildirib.

Hill qeyd edib ki, Brüsseldə keçirilən Avropa Şurasının son iclası Moskvanı Ukraynaya qarşı təcavüzə görə cavab verməyə məcbur etməyib. Halbuki həmin görüş Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün imkan yarada bilərdi. Buna baxmayaraq, onun fikrincə, Avropa hələ də gecikməyib və hərəkət edə bilər.

Onun sözlərinə görə, Avropa Şurası Avropada dondurulmuş təxminən 258 milyard avro dəyərində Rusiya aktivlərini Ukraynaya dəymiş ziyanın ilkin kompensasiya ödənişi kimi müsadirə etməyə razılaşmalıdır.

Hill hesab edir ki, bu aktivlərin bir hissəsi Ukraynanın müdafiə qabiliyyətini gücləndirə bilər. Bu, həm də gələcəkdə Rusiya ilə aparılacaq danışıqlarda Ukraynaya daha güclü mövqe qazandıra bilər.

O, həmçinin xatırladıb ki, may ayında Almaniya kansleri Fridrix Merz Rusiyanın dondurulmuş aktivlərindən tam şəkildə Ukraynaya yardım üçün istifadə etməyə hazır olduğunu bildirmişdi. Bu qərarı Almaniyada hakim koalisiya da dəstəkləyib.

Tarix
2025.07.08 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla