Yuxarı

Lavrov və Rubio nələri müzakirə etdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio Ukrayna nizamlanması, eləcə də İran və Suriya ətrafındakı vəziyyəti ətraflı müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya və ABŞ prezidentlərinin əldə etdiyi razılaşmaların işlənib hazırlanmasında, o cümlədən iyulun 3-də onların sonuncu telefon danışığı zamanı ikitərəfli gündəlikdəki məsələlərin bütün spektri və dünyadakı vəziyyətlə bağlı məsələlərin hərtərəfli müqayisəsi aparılıb:

“Ukrayna ətrafında nizamlanma, İran və Suriya ətrafında vəziyyət, eləcə də bir sıra digər beynəlxalq məsələlər ətrafında məzmunlu fikir mübadiləsi aparılıb. Xarici siyasət idarələrinin rəhbərləri münaqişəli vəziyyətlərin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyib, ikitərəfli diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması istiqamətində gələcək işlərin vacibliyini vurğulayıblar. Rusiya və ABŞ xarici siyasət idarələri arasında konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqu davam etdirəcək. Lavrov və Rubio təmasların bərpasına sadiq olduqlarını təsdiqləyib, buna Rusiya və ABŞ arasında birbaşa uçuşların bərpasının da kömək edəcəyəni qeyd ediblər”.

Tarix
2025.07.10 / 17:05
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla