Yuxarı

Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

NATO üzrə müttəfiqlər zərurət yaranacağı təqdirdə, Rusiyaya məxsus Kalininqrad bölgəsini çox qısa müddətdə yer üzündən silə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Afrika qoşunlarının komandanı, general Kristofer Donahyu "Defense News" nəşrinə açıqlamasında bildirib.

Generalın sözlərinə görə, hazırda ABŞ ordusu və NATO üzrə müttəfiqlər yeni strateji planın həyata keçirilməsinə başlayırlar. Bu planın mahiyyəti ondan ibarətdir ki, alyans ölkələri mümkün Rusiya təcavüzü kontekstində diqqəti hava və dəniz komponentlərindən quru qoşunlarına yönəldirlər.

Donahyu qeyd edib ki, Rusiya təhdidinə qarşı plan çərçivəsində NATO müttəfiqləri alyans üzvlərinin sənaye və iqtisadi potensialını nəzərə alaraq standartlaşdırılmış silah sistemləri və informasiya mübadiləsi mexanizmləri üzərində təcili şəkildə işləyirlər.

Vurğulanır ki, NATO Rusiya-Ukrayna müharibəsinin təcrübəsini də nəzərə almağa çalışır. Bu müharibədə əsas qarşıdurma quru döyüşlərində olub, düşmənin dəniz və hava potensialının qarşısının alınması da əsasən yerüstü vasitələrlə həyata keçirilib, simmetrik dəniz və hava sistemləri ilə yox.

Bu kontekstdə general Donahyu rusların nəzarətində olan, eni təxminən 75 km olan və dörd bir tərəfdən NATO ölkələri ilə əhatələnmiş Kalininqrad bölgəsini yada salıb:

"İndi biz bu bölgəni yerüstü vasitələrlə görünməmiş sürətlə və indiyədək bacardığımızdan daha tez bir zamanda yer üzündən silə bilərik. Biz artıq bunun planını hazırlamışıq".

Tarix
2025.07.18 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla