Yuxarı

Xomeyninin vədləri divarlara yazılır: 46 il keçdi, nəticə?..

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xomeyninin vədləri divarlara yazılır: 46 il keçdi, nəticə?..

İranda su və elektrik enerjisi böhranının dərinləşməsi ilə eyni vaxtda İran inqilabının rəhbəri Ruhullah Xomeyninin hakimiyyətinin ilk günlərində vətəndaşlara verdiyi vədlər yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, bu haqda yerli sosial media fəalları paylaşımlar ediblər.

“Su, qaz və elektrik enerjisi bütün vətəndaşlar üçün pulsuz olacaq, neft gəlirlərini insanlar süfrələrində hiss edəcək və görəcəklər”, - Xomeyninin bu sözləri İran şəhərlərinin küçələrində yenidən divarlara yazılıb.

Vətəndaşlar bu vədləri yenidən yada salmaqla islam respublikasının onları aldatdığına diqqət çəkiblər.

Xatırladaq ki, Xomeyni 1979-cu ildə hakmiyyətə gəlməzdən əvvəl və gələndən sonra yuxarıda qeyd olunan vədləri vermiş, bunun reallaşmayacağı təqdirdə İranı islam ölkəsi adlandırmağın mümkün olmadığını bildirmişdi.

O, bununla yanaşı bütün vətəndaşların qısa müddətdə pulsuz olaraq mənzillərlə də təmin olacağına söz vermişdi.

Qeyd edək ki, xüsusən son illər İranda su və elektrik enerjisi qıtlığı böhran həddinə çatıb, bir çox bölgələrdə su və elektrik kvota ilə verilir.

Tarix
2025.07.23 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla