Yuxarı

Rusiya kanalında Qarabağ həqiqəti - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya kanalında Qarabağ həqiqəti - Video

Rusiyanın "Birinci" kanalının jurnalistləri Azərbaycan-Ermənistan cəbhə bölgəsindən videoreportaj hazırlayıb.

Axar.az xəbər verir ki, jurnalistlər Ağdam və Tərtər rayonlarında yerli sakinlərlə görüşüb, erməni vandalizmi nəticəsində dağıdılan evlərə baxıblar. Rusiyalı jurnalistlər sərhəd bölgəsinin sakinləri ilə, eləcə də Bakı sakinləri ilə söhbətlərində azərbaycanlıların müharibə tərəfdarı olmadığı, qonşuları ilə sülh şəraitində yaşamaq istədikləri qənaətinə gəliblər.

Qeyd edək ki, aprel ayı ərzində erməni təxribatı nəticəsində Ağcabədi rayonunun Qaraxanlı kəndində 7 otaqdan ibarət 2 mərtəbəli ev yerlə yeksan olub. Aprelin 27-dən 28-nə keçən gecə rayona 100-ə yaxın mərmi düşüb. Bunlar Bayat, Qaraxanlı, Aşağı Hacılı, Niyaz kəndləridir. 30-a yaxın ev ziyan çəkib. Ermənilərin Ağdam və Tərtər rayonlarının cəbhəyanı kəndlərini ağır artileriyadan atəşə tutması nəticəsində xeyli sayda mal-qara da tələf olub. Ağdamın Qaradağlı kəndinə düşən mərmi isə 15-dək xırda buynuzlu heyvanı tələf edib. Tərtər rayonunda isə ümumilikdə 30-a yaxın heyvan düşmənin atdığı mərmilər nəticəsində tələf olub.

Ümumilikdə isə son bir ayda ermənilərin kəndlərimizi atəşə tutması nəticəsində 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ziyan dəyib, 100-dən artıq ev isə tamamilə dağılıb.

Ermənilərin dinc əhaliyə bu hücumu zamanı 6 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Rusiya kanalının hazırladığı reportajın videosunu təqdim edirik:

Tarix
2016.05.08 / 00:43
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla