Yuxarı

Nazir Orxan Əzimovun cəsarətindən danışdı - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Orxan Əzimovun cəsarətindən danışdı - Foto

Bu gün Heydər Əliyev Sarayında "Mədəniyyət" qəzetinin fotomüxbiri Orxan Əzimovun Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotoşəkillərindən ibarət sərgisi keçirilib.

Kult.az xəbər verir ki, sərgidə Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyinin nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak edib.

Sərgi haqqında danışan müəllif Orxan Əzim səfərin 7 aylıq danışıqlardan sonra baş tutduğunu deyib:

“Səfər üçün Mədəniyyət Nazirliyinə müraciət etdim. 7 aylıq danışıqlardan sonra Hələbə viza ala bildim. Çünki müharibə olan ölkələrdə şəhərlər üçün ayrıca viza tələb olunur. Səfər 27 noyabr-4 dekabr tarixlərində baş tutdu. Bu gün burada ümumilikdə 37 foto sərgilənir. Fotolardan bir neçəsi əvvəldən onlayn formada yayılsa da, qalanları ilk dəfədir sərgilənir. Bu fotolarda Hələb şəhərinin dağıntıları fonunda Nəsiminin məzarını göstərməyə çalışmışıq”.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında sərginin "Nəsimi ili”nə töhfə olduğunu söyləyib:

“Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq”.

Nazir Orxan Əzimin cəsarətindən də danışıb:

“Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib. Şəkillərdən də göründüyü kimi, hazırda Nəsiminin məzarında təmir işləri aparılır. Azərbaycan da öz dəstəyini təklif edib. Ancaq görünür ki, Nəsiminin məzarı Suriya üçün də müqəddəs hesab olunur”.

Daha sonra xalq artisti Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşası nümayiş olunub.

Tarix
2019.12.27 / 20:12
Müəllif
Kult.az
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla