Yuxarı

Hacı Nuran xərçənglə mübarizəsindən danışdı - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Nuran xərçənglə mübarizəsindən danışdı - Video

8 ay anam xəstə yatdı. Vəfat etdikdən sonra onun 40 mərasimindən 3 gün keçmişdi ki, özümü pis hiss etməyə başladım. Valideynlərimin vəfat etməsi dalbadal oldu. Stress, əsəb məni yordu.

Axar.az xəbər verir ki, bunu ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov deyib.

Sevilən jurnalist uzun müddət əziyyət çəkdiyi xəstəliyin səbəblərindən danışıb:

"Moskvaya çəkilişə getmişdik. Səhər ayılanda gözlərim görmürdü. 1 aya yaxın müalicə aldım orada. Daha sonra özümü topladım. Bir müddət sonra isə tamam halım itməyə başladı. Yüksək hərarətimin olmasından sonra həkimə müraciət etdim. Müayinədən keçdikdən sonra bəlli oldu ki, xərçəngəm".

Hacı Nuran xərçəng olduğunu öyrəndikdə yaşadığı hissləri açıqlayıb:

"İlk dəfə öyrənəndə adam tutulur, amma öyrəşirsən. Müayinəyə gedəndə tək idim. Daha sonra müalicələr üçün Türkiyəyə üz tutdum. Elə ordaca Moskvadakı səfirimiz Polad Bülbüloğlu mənə zəng edib öz yanına çağırdı və orada müalicə almama kömək etdi. Özümü heç vaxt xəstə kimi göstərməmişəm. İstəməmişəm ki, kiminsə mənə yazığı gəlsin".

Tanınmış aparıcı siqaret, içki içməməsinin müalicəsinə müsbət təsir göstərdiyini bildirib:

"Hər zaman sağlam mühitdə böyüməyə üstünlük vermişəm. Spirtli içkilərdən, siqaretdən uzaq olmuşam. İyini belə bilməmişəm onların. Həkim də dedi ki, yaxşı ki, istifadə etməmisən. Çünki müalicədə bu özünü göstərirdi".

Tarix
2016.10.13 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla