Yuxarı

Şişkinliyi aradan qaldıran 7 qida - Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl və ayaqlarda tez–tez qarşıya çıxan şişkinliklər ağrıya səbəb olmasa da, bədəndə ağırlıq hiss etdirir.

Axar.az xəbər verir ki, damar daxilində dövr edən mayenin damar xaricinə çıxması, toxuma arası ilə dəri arasında yığılması nəticəsində əmələ gələn şişkinliklər ürək çatışmazlığından böyrək xəstəliklərinə, protein itkisindən infeksiyaya qədər bir çox ciddi xəstəliklərə görə inkişaf edə bilər.

Önəmli bir problemdən qaynaqlanmayan şişkinlikləri aradan qaldırmaq mümkündür. Şiş qovucu qida və içkilər bu problem aradan qaldırmaqda kömək edə bilər:

Ananas

Ananasın tərkibindəki bromelain bədəndən su ixracını artırır. Həmçinin potesium və liflə də zəngindir ki, bu da su atımını təmin edir və şişkinliyi aradan qaldırır. Şişkinlik hiss etdiyiniz zaman hər gün 1 dilim ananas yeyin.

Cəfəri

Cəfərinin tərkibindəki maddələr su qovucu təsirə malikdir. C vitamin ilə zəngin olan cəfərinin tərkibində A vitamin və bitki mənşəli lif də var. 1 dəstə cəfəri yeməniz, yaxud qaynadıb suyunu içməniz şişin aradan qalxmasında yardımçı ola bilər.

Qaysı-qovun

Qaysı və qovun kimi sarı turuncu rəng tərəvəzlər potasiumla zəngindir. Hər gün iki boşqab meyvə yeməniz şişin əmələ gəlməsinə əngəl ola bilər.

Turp təbii diuretik qidalardandır. Həftədə 1-2 dəfə turp qəbul eləməniz bədəndəki artıq suyun bədəndən xaric edilməsinə yardımçı olur.

Süd-qatıq

Süd və qatıq da bədəndəki mayenin mineral tarazlığını təmin edir. Eləcə də bu ağartı məhsulları şişkinliyin yaranmasına əngəl olan kaliumla zəngindir. Gün ərzində 2-3 stəkan süd, yaxud 1 kasa qatıq qəbul etmək bu problemin həlli üçün kifayət edər.

Yulaf

Yulafın tərkibində lif var. Tərkibində olan beta-qluken bağırsağın fəaliyyətini yaxşılaşdaraq qan dövranının sürtələnməsinə, şişkinliyin aradan qalxmasına səbəb olur. Həftədə azı 3-4 dəfə qidanıza əlavə edərək qəbul eləsəniz kifayət edir.

Adaçayı

Adaçayı ilə gicitkən otunun tərkibindəki diuretik maddələr artıq mayenin xaric edilməsinə yardımçı olur. Qəbul edərkən diqqətli olmaq lazımdır, çünki çox qəbul edildiyi zaman təzyiqi salır. Gün ərzində 1-2 fincan qəbul etmək bəs edir.

Su

Şişin əmələ gəlməməsi üçün lazımi qədər su qəbul etmək lazımdır. Qəbul etdiyiniz suyu gün ərzində bölüşdürərək içməlisiniz. Çünki birdən-birə çoxlu miqdarda su qəbul eləmək şişkinliyin artmasına səbəb ola bilər.

Tarix
2016.11.22 / 00:51
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla