Yuxarı

İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

İsrail İranın Hərbi Hava Qüvvələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdikdən sonra İran səmasında faktiki olaraq nəzarəti ələ alıb. İsrail Natanz, Fordo və İsfahan - İranın üç əsas nüvə obyektinə zərər yetirib. Lakin bu zərbələr hələlik yalnız obyektlərin yerüstü infrastrukturunu əhatə edir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Kamran Cəfərov İsrailin İrana hava zərbələri haqda qeyd edib.

O vurğulayıb ki, yerin altındakı əsas nüvə obyektlərinin tam məhv edilməsi üçün ABŞ istehsalı olan GBU-57, 30 min funtluq “bunker-buster” bombalar və ABŞ-ın birbaşa iştirak etdiyi hücumlar tələb olunur:

“Hazırkı mərhələdə Tramp administrasiyası belə bir əmr verməyib. Ancaq əgər İran ABŞ-ın regiondakı hərbi bazalarına raket hücumları edərsə, bu qərar dəyişə bilər.

Əlavə olaraq:

- İsrail artıq İranın enerji infrastrukturuna qarşı zərbələr endirməyə başlayıb;

- ABŞ-ın Prezidenti Donald Tramp bəyan edib ki, İran tərəfdən ABŞ-la danışıqlarda radikal mövqe tutanlar artıq öldürülüb;

- İsrail ordusu on minlərlə insanı səfərbər edir;

- ABŞ-ın İsraildəki səfiri Maykl Hakabi bildirib ki, İsraildə təqribən 700 min amerikalı yaşayır və İsrailə edilən hücum əslində Amerikaya vurulan zərbə kimi qiymətləndirilməlidir. Bu bəyanat, ABŞ-ın hərbi əməliyyatlara qoşulması üçün ictimai rəyi formalaşdırmağa yönəlmiş ola bilər;

- Hazırda da İsrail İran ərazisinə kütləvi bombardmanlara davam edir”.

Tarix
2025.06.15 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla