Yuxarı

Analara məsləhət: süd artırmaq üçün – 12 qayda

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Övladına ana südü verən xanım gün ərzində 3-3.5 litr maye qəbul etməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz bitki çayları təşkil edə bilər.

Bunu Axar.az-a açıqlamasında pediatr Xəyalə Quliyeva süd artıran qidalardan danışarkən deyib. Onun sözlərinə görə, ana ilk olaraq stresdən uzaq olmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir. Pediatr bu faktorların hamısının süd ifrazına təsir edərək onu azalda biləcəyini vurğulayıb.

X.Quliyevə həmçinin süd ifrazının artırılmasına şərait yaradan qida məhsullarının adlarını da bildirib:

1. Gün ərzində 3-3.5 litr maye qəbul edilməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz bitki çayları təşkil etməlidir;

2. Yulaf - son illər aparılan çalışmalar göstərdi ki, dəmir defisiti olan analarda süd ifrazının azalması baş verir. Yulaf eyni zamanda, dəmir qaynağı ilə yanaşı, süd ifrazını da artırmaq xüsusiyyətinə malikdir;

3. Kök – tərkibində esterogen təsirli fitoestrogen vardır ki, bu da süd kanallarında süd ifrazını artıra bilir. Amma bunu çox istifadə etmək olmaz, çünki körpələrə güclü allergiya vermək qabiliyyətinə malikdir;

4. Razyana - süd artırmaqla bərabər körpələrdə infantil koliklərdə də yardımçı vasitə kimi istifadə olunur;

5. Düyü və arpa - tərkibində saxaritin olduğuna görə prolaktin hormonunu yüksəldərək süd ifrazını artırır;

6. Paxlalı bitkilər - bu bitkilər uşaqlarda infantil kolikin artmasına səbəb olduğu üçün bir qədər ehtiyatla istifadə edilməlidir;

7. Yaşıl yarpaqlı göyərti və tərəvəzlər: ispanaq, kahı, gül kələmi və s;

8. Sarımsaq - süd artırıcı xüsusiyyəti olsa da, qaz, allergik problemlərə və bəzən körpələrdə ananın südündən imtina hallarına səbəb olduğundan bir qədər ehtiyatlı olmaq məsləhət görülür;

9. Qoz, fındıq, badam - allergik vəziyyət nəzərə alınmaqla, gün ərzində 10-12 dənə istifadə edilə bilər;

10. Çörək otu, küncüt də süd artırmaq xüsusiyyətinə malikdir;

11. Quru halda xurma, tut, əncir süd ifrazını artırır;

12. Darçın - qidaya əlavə etməklə süd artımına səbəb olur.

Bunlarla yanaşı, gün ərzində kofe, yaşıl çay, qazlı sular, kola, fanta, spirtli içki içməkdən, siqaret istifadəsindən çəkinmək lazımdır. Bunlar süd ifrazını azaldır.

Tarix
2017.09.09 / 01:20
Müəllif
Ülkər
Digər xəbərlər

Bu tay, o tay, bir-birimizlə qohumuq... - Pezeşkian

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

XİN bu ölkəni təbrik etdi

Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video

İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

XİN İrana başsağlığı verdi

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla