Yuxarı

"Donald Tramp"ı qurban kəsmək istədilər, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Donald Tramp"ı qurban kəsmək istədilər, lakin...

Banqladeş hökuməti “Donald Tramp” adlı nadir albinos camışın qurban kəsilməsinin qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə PTI xəbər agentliyinin verdiyi məlumatda deyilir.

ABŞ prezidentinin saç düzümünü xatırladan sarı saçları ilə məşhur olan heyvanın Qurban bayramı zamanı qurban kəsilməsi planlaşdırılırdı. Lakin hökumət camışın həyatını xilas etmək və paytaxtdakı milli zooparka yerləşdirmək qərarına gəlib. Polisin məlumatına görə, 700 kiloqramlıq camış hökumətin sərəncamına uyğun olaraq nəzarətə götürülüb.

"Polis gəldi və bizə hökumətin camışın həyatını xilas etmək üçün onu götürmək qərarına gəldiyini bildirdi. Hakimiyyət orqanları ilə münaqişə etmək istəmədiyimiz üçün heyvanı onlara təhvil verdik", - deyə camışın sahibi Moniruz Zaman jurnalistlərə bildirib.

Zaman qeyd edib ki, hökumət nümayəndələri sözügedən heyvanın qarşılığında ona ya pul kompensasiyası, yaxud da əvəzində digər bir heyvan verəcəyini söz verib.

Tarix
2026.05.28 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla