Yuxarı

İcra başçısı səhhətindəki narahatlıqdan danışdı - Özəl

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı səhhətindəki narahatlıqdan danışdı - Özəl

"Səhhətimdə yüngül problemlər var idi, o da artıq aradan qaldırılıb. Ürək damarlarımın birində yaranmış problem həkimlərin səyi ilə bu ayın əvvəlində qısa zaman ərzində həll edildi. O vaxtdan iş başındayam və şükür Allaha ki, səhhətimlə bağlı heç bir narahatlıq yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səhhəti ilə bağlı dünən saytımızda gedən xəbərə münasibət bildirərkən dedi. O, müayinə və ya müalicə üçün Türkiyəyə qaldırılmasının şayiə olduğunu, Dövlət Gömrük Komitəsinin Mərkəzi Klinikasında bir neçə günlük müalicədən sonra iş başına döndüyünü və o vaxtdan özünü gümrah hiss etdiyini bildirdi:

"Əslində, mənim yaşda olan adamın səhhətinin bu qədər müzakirə olunması normal deyil, çünki hələ səhhət narahatlığı yaradan yaşda deyilik. Bilirəm ki, vəzifə daşıyan şəxsin hətta şəxsi həyatı da siz jurnalistlərin diqqətində olur və bəzən xəbərlərdə ciddi yanlışlıqlara da yol verilir. Mətbuata açıq biri adam kimi hər zaman bu məsələlərə dözümlü yanaşmışam və səhhətimlə bağlı jurnalistlərin xəbər yazmasına görə də narahat deyiləm. Ancaq təəssüf ki, belə xəbər yayılanda qohumlar, doğmalar ciddi narahatlıq keçirir, üzüntü yaşayır, ardıcıl zənglər gəlir. Buna görə də jurnalistlərdən ricam odur ki, bu məsələyə bir qədər həssas yanaşsınlar və dəqiqləşməmiş məlumatı verməklə boş yerdən narahatlıq yaratmasınlar".

Xatırladaq ki, bu il iyunun 5-də Lənkəran şəhər icra başçısı Taleh Qaraşov Dövlət Gömrük Komitəsinin Mərkəzi Xəstəxanasında müalicə alıb və ürək damarının birinə stend qoyulub. İyunun 12-dən isə T.Qaraşovun iş başında olduğu bildirilib və səhhətində yaranmış narahatlıq artıq arxada qalıb.

Tarix
2014.06.18 / 12:00
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla