Yuxarı

Həkimlərin yanlış diaqnozla raxit etdiyi körpələr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyin edir. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq onun qan analizlərinə baxılmalıdır. Lakin həkimlərin əksəriyyəti körpələrə bu cür preparatları qan analizlərinə baxmadan təyin edir.

Mütəxəssislər hesab edir ki, bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyil. Mütləq qan analizləri edilməli və əgər xəstəlik varsa, növü və dərəcəsi dəqiqləşdirilməlidir. Yalnız bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsium preparatları təyin olunaraq istifadə edilə bilər.

Məsələ ilə bağlı Axar.az-a açıqama verən pediatr Altay Abdullaoğlu bildirib ki, bir çox həkim sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və usaqlara “raxit” diaqnozu qoyur:

“Başın böyük və ya quruluşunda bəzi əyriliklər olan kimi uşağa raxid diaqnozu qoyulur. Düzdür, raxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan raxitdir. Ümumiyyətlə, bilinməlidir ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək, valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər nəzərə alınmadan bir uşağın başına baxaraq “başı böyükdür” demək və bununla da ona raxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyil. Əmgəyin geniş olmasını da çox vaxt raxitliklə əlaqələndirirlər. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan usaq da raxit deyildir”.

Həkim bildirib ki, döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə “raxit xəstəliyi keçirib” deyə, kor-korənə kalsium preparatları verilməməlidir:

"Döş qəfəsindəki bir çox əyriliklər var ki, tibbə onun səbəbi ümumiyyətlə bəlli deyil. Alt qabırğalardakı bir miqdar əyriliklər isə normal haldır. Bu baxımdan da hər bu əlaməti olan körpə və uşağa bu diaqnozun qoyulması yanlışdır. Bir çox normal körpə və uşaqlarda başın arxa hissəsində saç tökülməsi ola bilər. Belə ki, körpələr xüsusilə baş nahiyəsindən tərləyirlər və bu zaman başın arxa hissəsində saç tökülmələri müşahidə oluna bilər ki, bu da normal bir haldır”.

Pediatrın sözlərinə görə, raxit xəstəliyinin diaqnozunu qoymaq üçün həkim hərtərəfli olaraq körpəni müayinə etməlidir. Əgər şübhə varsa, diaqnozu dəqiqləşdirmək üçün əlavə qan analizləri istənilməli və rentgen olunmalıdır. Ancaq bundan sonra dəqiq diaqnoz qoyula bilər:

“Azərbaycanda olan müşahidələrimdə raxit diaqnozu qoyularaq müalicə alan bir çox xəstədə ətraflı araşdırmalar apardıqdan sonra heç bir xəstəliyin olmadığını müşahidə etmişəm. Hətta bəzilərinin qanında zəhərli olacaq miqdarlarda (təyin olunan müalicələr nəticəsində) kalsium və D vitaminin olduğunu da aşkarlamışıq. Bu baxımdan valideynlər diqqətli olmalıdır”.

Tarix
2018.12.08 / 18:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla