Yuxarı

Uşağın üstünə qışqıranda, nə baş verir? – Təhlükə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məktəblərdə müəllim-şagird münasibəti əsas problemlərdən biridir. Artıq müəllimlərin şagirdlərə qarşı aqressiv davranışları adi hala çevrilib. Hətta bəzi valideynlər bu cür davranışın övladlarının təhsilinə daha məsuliyyətli olması üçün vacib olduğunu söyləyirlər.

Bəs görəsən, qorxu və aqressiv davranış şagirdlərin gələcəyinə necə təsir edir?

Məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Gülnar Orucova bu cür davranışların şagirdlərin gələcək həyatında özgüvən zəifliyinə səbəb olduğunu bildirib:

”Bəzən şagirdlər müəllimi qıcıqlandırmağa çalışır. Bunun səbəbini uşaqda deyil, müəllimdə axtarmaq lazımdır. Uşağın fənni sevməsi də müəllimdən asılı olan məsələdir. Müəllim şagirdə qarşı aqressiv davranarsa, onda özgüvən əskikliyi, adaptasiya problemi və qorxular yaranacaq. Belə insanlar cəmiyyətdə, sosiallaşmada çətinliklərlə üzləşəcək. Əgər bu gün insanların sözü məktəbdə boğulursa, onlar digər məkanlarda da sözünü deməyə qorxacaq və ünsiyyət çətinliyi yaranacaq”.

Təhsil eksperti Kamran Əsədov müəllimlərin işə qəbulu prosesində şagirdlərlə davranması məsələlərinə qeyri-ciddi yanaşıldığını bildirib:

“Hazırda 4472 orta məktəbdə çalışan 151 min müəllimin əksəriyyətində şagirdlərə yanaşmada fərq hiss olunur. Əsasən, dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə davranış eyni deyil. Bir çox hallarda işə müsabiqə və müsahibə yolu ilə yeni qəbul olmuş müəllimlər şagird psixologiyasına bələd olmadığından onlarla düzgün davrana, ünsiyyət qura bilmirlər. Onlar işə qəbul prosesində ancaq ixtisasları üzrə hazırlaşdıqlarından şagird psixologiyasından az məlumatlı olurlar. Bu həm də müəllimlərin işə qəbulu prosesindəki müsahibə mərhələsində olanların peşəkarlığının aşağı olması ilə bağlıdır. Belə ki, onlar arasında məktəbşünaslığı bilənlərin yetərincə olmaması, müsahibədə psixoloqun təmsil olunmaması, işə qəbul prosesində iddiaçının psixoloji durumunu yoxlayan sualların olmaması işə qəbul olunan müdavimlərin bu bacarığının formalaşmasına mane olur”.

Ekspert onu da qeyd edib ki, müəllimlərin bütün şagirdləri bərabər səviyyədə görüb, onlardan eyni şeyi tələb etməsi böyük yanlışlıqdır:

“Məhz belə olan halda təhsil verənlə təhsil alan arasında aqressiv münasibət formalaşır. Hər uşaq eyni potensiala sahib deyil. Belə olduqda da bəzi şagirdlərə qarşı artıq tələblər olur. Bu, birbaşa aşağı potensiallı şagirdlərin özgüvəninə təsir edir. Evdə basqı ilə üzləşsə də, bu, məktəbdə özünü daha çox göstərir. Özəl və dövlət məktəbləri arasındakı əsas fərq də elə budur. Özəl təhsil müəssisələrində hər uşağa fərdi diqqət yetirilir. Buna məktəb psixoloqu nəzarət edir. Bu, şagirdin az olması ilə də bağlı ola bilər, xarici sistemin tətbiqi ilə də. Bir çox hallarda müəllimlərin bilik və bacarıqlarının yetərli qədər olmaması da onların dərs prosesində kobud, aqressiv olmasına səbəb olur.

Hazırda dərs proqramının ağır olduğunu nəzərə alsaq, avtoritar sistemin yararsız olduğunu görərik. Xarici ölkələrin üslubu ilə getsək də, davranışımızı ona uyğunlaşdıra bilməmişik. Məsələn, dərs prosesində Avropanı təkrarlasaq da, davranışda bunu edə bilmirik. Tədrisdə demokratik üslub olmalı, şagirdin fikri nəzərə alınmalıdır. Qışqıraraq uşağın psixologiyasına təsir etmək olmaz. Hesab edirəm ki, hər şagirdə yanaşma fərqli olmalıdır. Mütəmadi olaraq müəllimlərin bilik və bacarıqlarının, psixoloji vəziyyətinin yoxlanılması üçün imtahanlar keçirsək, onların kompitensiyaları artar və xoşagəlməz hallar aradan qalxar”.

Tarix
2018.12.14 / 01:54
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla