Yuxarı

BTK həkimləri işə dəvət edir - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bioloji Təbabət klinikası Masallıda yerləşən filialı üçün müxtəlif ixtisaslı həkimləri əməkdaşlığa dəvət edir.

Axar.az xəbər verir ki, 2009-cu ildən Bakıda fəaliyyət göstərən Bioloji Təbabət klinikası Azərbaycanda ilk olaraq orqanizmi kimyəvi preparatlarla zəhərləmədən əhaliyə bioloji üsullarla keyfiyyətli tibbi xidmət göstərir. Artıq bu missiyanı cənub bölgəsində yaşayan əhalinin sağlamlıq problemlərinin həllinə kömək etmək məqsədilə yaxın günlərdə fəaliyyətə başlayan Masallı Bioloji Təbabət klinikası həyata keçirəcək. Son modelli müayinə və müalicə aparatları ilə təchiz edilmiş klinikanın göstərdiyi müayinə, müalicə və cərrahiyyə xidmətlərindən Lənkaran, Astara , Lerik, Yardımlı da daxil olmaqla cənub bölgəsində yaşayan hər kəs istifadə edə biləcək.
Burada bir çox xəstəliklərin diaqnozunun aşkar edilməsində əhəmiyyətli və müasir diaqnostikada ən informativ üsullardan hesab olunan Maqnit rezenans və Komputer tomoqrafiyaları, 4D rejimli Ultrasəs müayinə aparatı, rentgen, qaranlıq sahəli mikroskopiya və s. pasiyentlərin xidmətinə verilib. Klinikada Təcili tibbi yardım və Cərrahiyyə şöbələri , Allerqologiya, Andrologiya, Endokrinologiya, Ginekologiya, Kardiologiya, Nevrologiya, Oftalmologiya, Pediatriya, Qastroenterologiya, Stomatologiya, Urologiya və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Əsas terapiya ilə yanaşı gedən Ozonoterapiya, Hirudoterapiya, Plazmaferez, Naftalan terapiyası, Hidrokolonoterapiya və cənub zonası üçün ilk olan 18 ton Naxçıvan duzundan hazırlanmış Duz mağarası müalicələrin daha effektli olmasına xidmət edəcək. Bununla yanaşı hər həftənin 2-ci və 5-ci günləri Bakı Bioloji Təbabət Klinikasının həkimləri Masallı filialında pasiyent qəbulunu həyata keçirir.
Bioloji təbabətlə müalicə üsulları üzrə alman təcrübəsinin klinikada tətbiq olunması, Almaniya,İtaliya, Kolumbiya və Ukraynadan dəvət olunmuş həkim -mütəxəssislərin mütəmadi olaraq müxtəlif xəstəliklər üzrə xəstə qəbulu keçirməsi Masallı filialının orqanizmə zərər vermədən insanları sağlamlıqlarına qovuşdurmaq kimi şərəfli bir missiyanın öhdəsindən gələcəyindən xəbər verir. Bu şərəfli missiyanın həyata keçirilməsində sizin də payınız ola bilər, əziz həkimlər! Klinika eyni zamanda həkimlərin daha da təkmilləşdirilməsi məqsədi ilə onların xaricdə ixtisas kurslarına göndərilməsi üçün şərait də yaradır.
Masallı Bioloji Təbabət klinikası bu məqsədlə sizi müxtəlif ixtisaslar üzrə əməkdaşlığa dəvət edir.
Daha ətraflı: http://btk.az/az/pasient/haqqimizda/vakansiya.html

Masallı Bioloji Təbabət Klinikası
Ünvan: E.Hüseynov küç.
(025) 215 50 89

(025) 215 55 38/ 39

(055) 532 89 88

Bioloji Tebabet Klinikası
Ünvan: Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
www.btk.az

Tarix
2018.12.14 / 16:36
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla