Yuxarı

Azərbaycanda yenidən donuz qripi yayılıb? - Nazirlik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yenidən donuz qripi yayılıb? - Nazirlik

Sosial şəbəkələrdə “donuz qripi”nin Azərbaycan ərazisində yenidən üzə çıxması ilə bağlı məlumatlar yayılıb.

Nizami rayonunda yerləşən 229 saylı məktəb və ona yaxın ərazidə “donuz qripi” ilə əlaqədar dezinfeksiya işləri aparıldığı, hətta 4-5 nəfərə H1N1 virusu diaqnozu qoyulduğu iddia edilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən 229 saylı məktəbin direktoru isə bildirib ki, məktəbdə hər həftə müxtəlif viruslara qarşı dezinfeksiya işləri aparılır. Onun sözlərinə görə, məktəblilər arasında H1N1 virusuna rast gəlinməyib:

“Bizim məktəbdə hər həftəsonu dezinfeksiya aparılır. Bunu müxtəlif viruslara qarşı və təmizlik məqsədilə edirik. Bizim məktəbdə bu xəstəliyə yoluxan isə olmayıb”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də yayılan məlumatları şayiə adlandıraraq, heç kimə “donuz qripi” diaqnozu qoyulmadığını bildirib:

“Tamamilə yalan məlumatdır və kiminsə uydurmasıdır. Əgər H1N1 diaqnozu qoyulsaydı, hər kəsdən qabaq Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayardı. Narahatlıq üçün əsas yoxdur”.

Tarix
2019.04.12 / 14:22
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla