Yuxarı

İtlərdə quduzluğun əlamətləri bunlardır - Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq, sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.

Axar.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu dövr ərzində quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparıb. Hazırda Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir.

Quduzluq bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir. Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındırsa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər.

Xəstəliyin coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra it müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur.

İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O, hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez-tez komatoz vəziyyətə düşür və tələf olur.

Heyvanlar xəstəliyi insana və ev heyvanlarına keçirir. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal) yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir.

Ölkəmizdə hər il quduzluq xəstəliyinə qarşı qeydiyyatda olan 3 aylıqdan yuxarı itlərə “biokan” adlı vaksin tətbiq edilir.

Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və aylarla davam edir. Spesifik hiperimmun serum və qlobulinlə peyvənddən sonra immunitet 1-2 gündən sonra yaranır və 1 aya qədər davam edir.

Heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi mövcud deyil. Xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilir. İnsanlar isə quduzluğa yoluxmuş heyvanın hücumu nəticəsində yoluxa bilərlər. Quduzluq xəstəliyi insanlarda hidrofobiya və sinir pozğunluqları ilə müşayiət olunur. Xəstə heyvanın hücumundan sonra xəstəliyin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək zəruridir.

Dövlət Baytarlıq Xidməti xəstəliyin təhlükəliliyini nəzərə alaraq heyvan sahiblərindən ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal ərazinin baytar həkimə müraciət etməyi tövsiyə edir.

Tarix
2019.04.23 / 17:40
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla