Yuxarı

Nazir Milli qəhrəmanların ailələlərinə medallar təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Milli qəhrəmanların ailələlərinə medallar təqdim etdi

14:46

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.

Müdafiə naziri Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.

Nazir Şanlı Zəfərimizdən söz açıb, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar.

Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov tərəfindən şəhid qəhrəmanlarımızın ailə üzvlərinə "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.

Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.05.18 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla