Yuxarı

“Araz”ın yeni nəsil Tədarükçü Əməkdaşlıq Platforması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz”ın yeni nəsil Tədarükçü Əməkdaşlıq Platforması...

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi və “NielsenIQ” beynəlxalq şirkəti Azərbaycanda tədarükçülərlə əməkdaşlığın məlumat əsaslı texnologiyalar və biznes analitikası vasitəsilə inkişaf etdirilməsinə yönəlmiş strateji tərəfdaşlığa start verib.

Bununla da “Araz” supermarketlər şəbəkəsi “NielsenIQ” tərəfindən dəstəklənən BES Tədarükçü Əməkdaşlıq Platformasını tətbiq edən Azərbaycanda ilk pərakəndə satış şəbəkəsi olub.

Əməkdaşlıq çərçivəsində “Araz” supermarketlər şəbəkəsi rəsmi olaraq “NielsenIQ BES Tədarükçü Əməkdaşlıq Platforması”nı istifadəyə verib. Platforma tədarükçü və brendlərə satış, stok göstəriciləri, çeşid performansı, kampaniya nəticələri, loyallıq dinamikası, alıcı davranışları və məhsul çatışmazlığı riskləri üzrə gündəlik yenilənən analitik məlumatlara çıxış imkanı yaradır.

Platforma istehsalçılara kommersiya, marketinq və kateqoriya idarəçiliyi üzrə daha sürətli və əsaslandırılmış qərarlar qəbul etmək imkanı yaradır. Həmçinin, gündəlik tranzaksiya analitikası, süni intellekt əsaslı biznes göstəriciləri və birgə qərarvermə imkanları ilə fərqlənir.

Yeni platformanın rəsmi təqdimat tədbirində 70-dən çox aparıcı brend və istehsalçı iştirak edib. Görüş zamanı bildirilib ki, “NielsenIQ BES Tədarükçü Əməkdaşlıq Platforması”nın tətbiqi “Araz”ın tədarükçülərlə əməkdaşlıq modelində yeni mərhələnin başlanğıcıdır. Bu yenilik brendlərə bazar trendlərini daha dərindən anlamağa, məhsul performansını izləməyə, kampaniyaların nəticələrini qiymətləndirməyə və müştəri davranışlarına əsaslanan daha effektiv strategiyalar qurmağa imkan verir.

Qeyd edək ki, “NielsenIQ” istehlakçı davranışlarını dərindən təhlil edən və bizneslər üçün yeni inkişaf imkanları yaradan aparıcı istehlakçı analitikası şirkətidir. Şirkət qabaqcıl analitika həllərini geniş pərakəndə satış və istehlakçı məlumatları ilə birləşdirərək tərəfdaşlarına daha düzgün biznes qərarları qəbul etməyə kömək edir.

Tarix
2026.05.18 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla