Amerika araşdırma institutu yeni nailiyyətlər əldə edib.
Onlar nəhayət ki, xərçəng xəstəliyinin qarşısını ala biləcək
səbəbləri tapa biliblər.
Axar.az-ın xarici mənbələrdən əldə etdiyi məlumata əsasən, dünya
üzrə yüz qırx səkkiz araşdırma institutundan yalnız Amerika
Kaliforniya ştatında yerləşən tədqiqatlar institutu xərçəng
xəstəliyinin qarşısını ala biləcək faktları sadalayıb.
Hal-hazırda xərçəng xəstəliyi bütün dünyada geniş yayılıb; qırx
dörd faiz kişi, otuz doqquz faiz qadında rast gələn bu xəstəliyin
çarəsi indiyə qədər tapılmayıb. Son otuz ildə bu xəstəliklə
mübarizədə müxtəlif növ texnoloji preparatlar və vaksinlər ixtira
edilsə də, bu, xəstəliyə tutulan şəxsləri ölümdən xilas edə
bilmir.
Amerikan alimləri isə XXI əsrin bəlası hesab edilən xərçəngə
tutulmamaq üçün yollar axtarıb tapıblar.
Əvvəlcə
xərçəng xəstəliyinin yaranmasına səbəb olan amillərə nəzər
salaq:
• Rentgen şüalanması
• günəşin ultra-bənövşəyi şüaları
• ionlaşdırılmış (mikrodalğalı sobalar və məişət
texnologiyasında istifadə edilən ionlaşdırılmamış şüalanma)
• elektrik ötürücü xətləri
• nüvə şüalanması
• pestisidlər və herbisidlər (alaq otlarını məhv etmək üçün
kimyəvi maddələr)
• sənaye zəhərləri
• çirkli, xlor və ya ftorlu su
• siqaret
• hormonal terapiya
• immuniteti zəiflədən antibiotiklər
• radioaktiv şüalanma ilə hazırlanan qida qatqılarının
qəbulu
• civəli intoksikasiya
• diş və diş boruları üçün istifadə edilən plomb
materialları
• tibbi preparatların yerli-yersiz istifadəsi
• qida maddələrinin çatışmazlığı
• sintetik qida istifadəsi
• xroniki stress
• mənfi emosiyalar
• zəifləmiş qalxanvarı vəz
• mədə-bağırsaq yolunun intoksikasiyası
• parazitlər
• viruslu, bakterial və göbələk infeksiyaları
• bədəndə şlaktəmizləyici kanalların qapanması
• genetik meylilik
• fiziki qıcıqlandırıcı (asbest tozu və s.)
• spirtli içkinin istifadəsi
Alimlərin fikrinə əsasən, bu siyahıdan uzaq qalan hər kəs
xərçəngə tutulma riskindən azaddır. Xərçəngə tutulma daha çox 45-55
yaşlı insanlarda müşahidə edilir; bu illərlə bədəndə toplanıb qalan
mənfi enerji və xəstəliklər, düzgün qurulmayan qida rasionu
hesabınadır. 45-55 yaş insan həyatının 14 min 500 gününə bərabərdir
ki, bu zaman orqanizm artıq yaşadığı həyat tərzindən "yorulmuş"
hesab edilir.
Xərçəngə tutulmamaq üçün minerallarla (enzim və probiotiklər)
zəngin sağlam qidalanmaya keçmək zəruridir.
Daha sonra 15-20 gün müddətində "az istifadə edilən" və eyni
zamanda məlum B 17 preparatını qəbul etmək
lazımdır. Növbəti həftələr ərzində rasiona çiy kələm əlavə etmək
immunitet sistemini xeyli gücləndirir. Aşağıda sadalanan qida
rasionu xərçəng riskinə tutulmadan tam azad edir:
• dəniz yosunları (misal üçün xlorella, spirulin)
• fetmentli qidalar (tərəvəz, kefir)
• müalicəvi əhəmiyyətə malik göbələklər (reyşa, çaqa)
• adaptoqen otlar: astraqal, qinostemiy, jenşen, eleuterok,
qodji
• aloye
• çətənə
• qocci qiləmeyvəsi
• arı tozcuğu
• sarımsaq
• bostan kələmi
• brokkoli
• rəngli kələm
• sulu kress
• keşniş
• meşə giləmeyvələri
• nar
Yalnız təmiz su qəbul etmək, dərini birbaşa təsir edən günəş
şüalarından qorumaq zəruridir; gün ərzində bu, 15-20 dəqiqədən
artıq olmamalıdır. Eləcə də açıq havada gəzmək və mütəmadi olaraq
ay ərzində bir dəfə qəhvəli imalə və bağırsaq hidroterapiyasını
həyata keçirmək lazımdır.
Tamamilə uzaqlaşmaq məsləhət görülən
qidalar
• xırdalanmış qənd
• adi süd məhsulları (qeyri-orqanik və pasterizə edilmiş)
• yapışqan maddəli dənli bitkilər (buğda, arpa, spelta)
• soya yağları (orqanik və fermetlənmiş yağlardan başqa)
• donuz əti
Həyat və iş rejimində gərginlik keçirən insanlarda bu xəstəliyə
tutulma riski 4%-5% təşkil edir. Əsəb və gərginlikdən uzaq həyat
isə xərçəng xəstəliyinə tutulma riskini azaldır.