Yuxarı

Cavan qalmaq istəyənlərin nəzərinə - Çin resepti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavan qalmaq istəyənlərin nəzərinə - Çin resepti

Hələ qədim zamanlardan insanlar daha çox yaşamaq və qocalmamaq üçün vasitələr axtarır. Tanınmış israilli həkim-naturopat Meira Avraami 200-dən artıq “əbədi cavanlıq resepti”ni aşkar edib və onların orqanizmə təsirini araşdırıb.

Saglamolun.az xəbər verir ki, həkimin sözlərinə görə, belə reseptlərin bir çoxu orqanizmə həqiqətən çox müsbət təsir edir və onu cavanlaşdırır.

Maraqlısı budur ki, müxtəlif xalqlara və zamanlara aid olan reseptlərin bir çoxunda eyni inqrediyentlərin adı çəkilir. Ən çox istifadə olunanlar bunlardır: bal, limon, sarımsaq, sirkə, zeytun yağı, çaxır və zəncəfil.

Doktor Avraami oxucuları onun fikrinə görə ən faydalı “cavanlıq resepti”ndən biri ilə tanış edib. Qədim Çin kitablarında yer alan bu vasitə üçün 100 ml limon şirəsi, 200 q. bal və 50 ml zeytun yağı götürülür, qarışdırılır və hər gün səhər acqarına 1 ç.q. olmaqla qəbul olunur. Qarışığı hər gün fasiləsiz qəbul edə bilərsiniz.

Həkimin sözlərinə görə, bu qarışıq ürək-damar və immun sistemi və həmçinin qaraciyər üçün olduqca faydalıdır, insult və infarktın riskini azaldır, dərinin və saçların vəziyyətinə çox yaxşı təsir edir.

Tarix
2019.09.02 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla