Yuxarı

Bu yağları qarışdırmayın! - Xəstəlik yaradır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yağları qarışdırmayın! - Xəstəlik yaradır

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

Sağlamolun.az bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.

Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.

Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.

Tarix
2019.09.04 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla