Yuxarı

Kökəlmək istəyənlərin diqqətinə: Gündə dörd dəfə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kökəlmək istəyənlərin diqqətinə: Gündə dörd dəfə...

Arıqlamaq, artıq çəkidən xilas olmaq problemi ilə üzləşənlər olduğu kimi kökəlmək istəyənlər də var. Onlar iki yerə bölünür: iştahasızlıq problemi olanlar və lazımi qədər qidalansalar da, kökələ bilməyənlər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu həmin problemi şərh edərkən deyib:

“Elə adamlar var ki, aclıq hissinin yoxluğundan, qidalanmaq həvəsinin olmamasından şikayətlənir. Qidaya həvəsin olmaması nevrogen və endokrin mənşəli ola bilər. Məsələn, anorik nevrozla üzləşənlər həm çox arıq olur, həm də bir növ yeməkdən küsürlər. Bəzi endokrinoloji xəstəliklər, məsələn, şəkərli diabet zamanı belə hallar olur. Bəzən də hər cür qidalanmaya baxmayaraq, kökəlmənin baş verməməsi hər hansı bir xroniki, parazitar və infeksion xəstəliklərlə əlaqədar ola bilər”.

Problemi aradan qaldırmaq üçün düzgün və sağlam qidalanmaq lazımdır. Qidalanma barəsində danışarkən həkim-fitoterapevt deyib: “Gün ərzində dörd dəfə qidalanmaq məsləhət görülür: birinci və ikinci səhər yeməyi, günorta və axşam. Həmin vaxt qida qəbul etmədikdə aclıq hissi itir. Bəzən ayaqüstü qidalanmaq, yüngül qəlyanaltı etmək də kalori və doyma hissi yarada bilir, lakin lazımi vitamin deposu vermir. Məsələn, ikinci səhər yeməyi zamanı kisel və ya meyvə şirələri içmək məsləhət görülür”.

Tarix
2019.09.17 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla