Yuxarı

Yeməyi yüksək temperatorda bişirməyin! – Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeməyi yüksək temperatorda bişirməyin! – Xəbərdarlıq

Yağı yüksək temperaturda bişirmək sağlamlığımız üçün zərərlidir. Çünki yağlar yüksək temperatura məruz qaldıqda trans yağa çevrilir.

Publika.az xəbər verir ki, ərzaq texnologiyası mütəxəssisi Sibel Bölek ürək xəstəliklərinə səbəb olan trans yağların eyni zamanda müxtəlif ciddi problemlərə də yol aça biləcəyini söyləyib.

Trans yağların xərçəngə səbəb olduğunu, doğuşun vaxtından əvvəl gerçəkləşməsini, ana südünün keyfiyyətini dəyişdiyini, immuniteti zəiflətdiyini, Alzaymer riskini artırdığını deyən Bölek həmçinin trans yağların bel və qarın ətrafında yağlanmaya da səbəb olduğunu bildirib:

“Alıcılar tərkibində trans yağlar olan məhsullardan istifadə etmir, ancaq unudur ki, yağları yüksək temperaturda bişirmək zərərlidir. Bu məsələdə çoxları lazımi həssaslığı göstərmir. Xüsusilə soğanı uzun müddət yüksək temperaturda qovurmaq əhəmiyyətli dərəcədə trans yağ yaradır. Bu vəziyyətin qarşısını almaq üçün soğanı uzun müddət yağda qovurmayın. Soğanı yumşaltmaq üçün qovurarkən tavaya su tökə bilərsiniz”.

Ekspert qeyd edib ki, kartof qızartması yüksək temperaturda hazırlandığı üçün trans yağlar baxımdan zəngindir. Bu, fakt araşdırmalarda da sübut olunub:

“Bütün yağlar yüksək temperatura məruz qaldıqda bir çox ürək xəstəliklərinə yol açan trans yağlara çevrilir. Qovrulmuş qoz fındıq kimi çərəzlərdə də trans yağlar var. Onlar yüksək temperaturda qızardıldıqda tərkibindəki faydalı yağlar trans yağlara çevrilir. Odur ki, mümkün qədər qızardılmış əvəzinə çiy çərəzlərə üstünlük verin”.

Tarix
2019.09.28 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla