Yuxarı

Xəstə azdır deyə, TƏBİB bu xəstəxanadan imtina edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Rayon Mərkəzi Xəstəxanası TƏBİB-in tabeliyinə verilsə də, sözügedən xəstəxana növbəti ildən tibbi sığortaya keçməyəcək.

Bu barədə Axar.az-a məlumat verən rayon sakinləri iddia edib ki, buna səbəb kimi rayon əhalisinin sayının az olduğu göstərilir.

Sakinlərin sözlərinə görə, sözügedən xəstəxanada tibbi sığortaya keçmək üçün hər bir tədbir görülüb. Xəstəxana publik hüquqi şəxsə çevrilib, baş həkim vəzifəsi baş direktor vəzifəsi ilə əvəz edilib.

Həmçinin rayon sakinləri üçün xəstəxanada anket açılıb və sistem işə başlayıb. Lakin bildirilir ki, növbəti ildə rayon sakinləri Neftçala MRX-da sığortadan yararlana bilməyəcək.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığortanın tətbiqinə hazırlıq məqsədilə sözügedən xəstəxanada informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlər aparılıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 №-li Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Bu məqsədlə 12 aprel 2019-cu il tarixində Nazirlər Kabineti tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” təsdiq edilib. Həmin siyahıda Neftçala rayonu üzrə Neftçala Rayon Mərkəzi Xəstəxanası və Xol Qaraqaşlı kənd sahə xəstəxanası da qeyd olunub.

Həmçinin nəzərinizə çatdırırıq ki, icbari tibbi sığortanın tətbiqinə hazırlıq məqsədilə sözügedən xəstəxanada informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlər aparılıb. Belə ki, xəstəxanada daxili kabelləşmə işləri həyata keçirilib, müəssisə lazımi sayda kompüter avadanlıqları ilə təchiz olunub.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tərəfindən tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə sözügedən xəstəxananın qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib”.

Tarix
2019.10.31 / 13:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla