Yuxarı

Kəskin xolesistitin səbəbi nədir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəskin xolesistitin səbəbi nədir?

5-10% hallarda kəskin xolesistitə görə aparılmış cərrahi əməliyyat zamanı öd kisəsində daşın olmaması müəyyən olunur. Bu halların 50%-ində kəskin xolesistitin əsasında duran faktorun nə olmasını təyin etmək olmur. Daşsız xolesistitin əmələ gəlməsində aşağıdakı risk faktorları müəyyən olunur: ciddi travmanın və ya yanığın keçirilməsi, doğuşdan sonrakı dövr, ortopedik və digər öd yollarına aid olmayan böyük əməliyyatlardan sonrakı dövr.

Axar.az xəbər verir ki, bəzi hallarda öd kisəsində çöküntünün olması kəskin xolesistitin səbəbi ola bilər. Digər mümkün səbəblər arasında vaskulitlər, öd kisəsini qapayan öd kisəsi adenokarsinoması, şəkərli diabet, öd kisəsinin burulması, öd kisəsinin “qeyri-adi” inkesiyaları (məsələn, Leptospira, Streptococcus, Salmonella və ya VibrioCholera) və ya parazit invaziyaları qeyd oluna bilər. Daşsız xolesistit müxtəlif fərqli system xəstəlikləri (sarkoidoz, ürək-damar xəstəlikləri, vərəm, sifilis, aktinomikoz və s.) zamanı da rast gəlinə bilər.

Daşsız xolesistitlərin əlamətləri daşlı xolesistitlərin əlamətlərinə oxşar olur.

Daşsız xolesistitlərin ağırlaşmaları daşlı xolesistitlərin ağırlaşmalarından çox və ciddi olur.

Kəskin daşsız xolesistitlərin uğurlu müalicəsi diaqnozun zamanında qoyulmasından və erkən cərrahi müdaxilənin aparılmasından aslıdır.

Tarix
2019.11.24 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla