Yuxarı

Qulaq deşdirməyin fəsadları nələrdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulaq deşdirməyin fəsadları nələrdir?

Uşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır. Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər. Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər. Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.

Axar.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova Azərtac-a deyib:

“Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür. Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir. Yaş yarımından sonra isə uşaqlarda psixoloji sarsıntı ola bilər və özlərini daha yaxşı dərk etdiklərinə görə bəzən proseduru aqressiv şəkildə qəbul edir, bəzən əlləri ilə sırğanı dartıb çıxarırlar”.

Həkim bildirib ki, qığırdaq sümüyün daha yumşaq forması olduğuna görə həmin nahiyəyə hər hansı yad cisim daxil ediləndə bu zaman əks müqavimət göstərir və bununla da reaksiya başlayır. Ona görə də həmin nahiyəyə daha diqqətlə yanaşmaq lazımdır.

Həkim-dermatoloq deyib: “Körpələrdə adətən qulağın dəri hissəsi deşilir və həmin nahiyədən sinirlərə toxuna biləcəyinə görə valideynlərdə narahatlıq yaranır. Lakin sinirlər dəri səthi keçdiyinə görə narahatlıq üçün o qədər də əsas yoxdur. Nisbətən yaşlı xanımlar qığırdaq hissələrindən bunu etdirmək istəyirlər və həmin nahiyə daha təhlükəlidir. Bu zaman həm də yüksək səviyyədə sterilliyə riayət edilməlidir. Əks halda infeksiya nəticəsində ağırlaşma fəsadları yarana bilər. Sırğanı vaxtında dəyişmək də mühüm məsələdir. Eyni zamanda müxtəlif antibiotiklərdən vaxtlı-vaxtında istifadə edilməlidir”.

Qulağı deşdirəndən sonra iki gün ərzində əli sulu şəkildə qulağa vurmaq və çimmək olmaz. Gündə iki dəfə təyinata görə yaraya antibiotik maz çəkilir və iki gün sonra həmin sırğa çıxarılaraq mütləq yerinə qızıl sırğa taxılır. Yeni yaraya qətiyyən sadə sırğa taxmaq olmaz.

Tarix
2020.01.08 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla