Yuxarı

Türkiyə bu dərmanı niyə geri çağırıb? - Nazirlik açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə bu dərmanı niyə geri çağırıb? - Nazirlik açıqladı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin "Dormofol" dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib.

Nazirlikdən Axar.az-a verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.

"Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli "Dormofol" 1%-li intravenoz inyeksiya və "Dormofol" 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir", - məlumatda qeyd olunub.

Tarix
2020.01.14 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla